Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında telefon əlaqəsi olub.
Rasthaber Azərbaycan verir, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında baş tutan telefon əlaqəsi zamanı, Türkiyə tərəfi Prezident Ərdoğana qarşı reaksiyanın qəbul edilmədiyini, İranla Türkiyə arasındakı yaxın və dostluq əlaqələrini və Ankaranın mehriban qonşuluğa dair qəti siyasətini vurğulanıb.
Çavuşoğlu Türkiyə Prezidentinin İranın milli suverenliyinə və ərazi bütövlüyünə tam hörmət etdiyini, onu sadəcə Qarabağla əlaqəli hesab etdiyini, İrana işarə belə etmədiyini önə çəkib.
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif də bu telefon danışığında, iki ölkə arasındakı dostluğun və hörmətə əsaslanan əlaqələrin, habelə Türkiyə prezidenti ilə İran İslam Respublikasının yüksək rütbəli rəsmiləri arasındakı səmimi münasibətlərin əhəmiyyətindən danışaraq ikitərəfli əlaqələrin qarşılıqlı etimad şəraitində daha da genişlənəcəyinə ümidvarlıq ifadə edib.