Türkiyə və İran arasında siyasi məsləhətləşmələr keçiriləcək

Türkiyə və İran arasında siyasi məsləhətləşmələr keçiriləcək

Türkiyə və İran Xarici İşlər Nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələr keçiriləcək.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Türkiyə XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ankarada oktyabrın 8-də Türkiyə xarici işlər nazirinin müavini Sədat Önal və İran xarici işlər nazirinin müavini Əli Bağeri Keninin sədrliyi ilə siyasi məsləhətləşmələr keçiriləcək.

Məsləhətləşmələrdə Türkiyə-İran münasibətləri, eyni zamanda, regional və beynəlxalq vəziyyət barədə fikir mübadiləsi aparılacaq.

Xəbəri paylaş

VİDEOLAR