Türkiyə və Gürcüstan hərbi sahədə əməkdaşlığı müzakirə edir

Türkiyə və Gürcüstan hərbi sahədə əməkdaşlığı müzakirə edir

Türkiyə Aviasiya və Kosmos Sənayesinin (TUSAŞ) baş direktoru Temel Kotil və onun müavini Atilla Doğanın rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, Türkiyə nümayəndə heyəti Gürcüstan müdafiə nazirinin müavini Zurab Azaraşvili və Tbilisi Təyyarə Zavodunun (JSC Tbilaviamsheni) baş direktoru Mixeil Oğlişvili ilə görüşüb.

Tərəflərin Türkiyə və Gürcüstan arasında əməkdaşlıq, eləcə də gələcək birgə təşəbbüslərə dair planlar, hərbi aviasiya sənayesinin inkişaf etdirilməsinə dair müzakirə apardıqları bildirilib.

Türkiyə nümayəndə heyəti hərbi təyyarələrin modernizasiya edildiyi Tbilisi Təyyarə Zavodu ilə tanış olublar.

Xəbəri paylaş

VİDEOLAR