Türkiyə və Fələstin liderləri arasında telefon danışığı olub

Türkiyə və Fələstin liderləri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Prezidenti Mahmud Abbasla telefon danışığı aparıb.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Danışıq zamanı Ərdoğan Qurban bayramının bütün Fələstin xalqı və İslam Dünyası üçün xeyirli olmasını arzulayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan İordan çayının qərb sahilində baş verən son hadisələrdə həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə səbr diləyib.

Bundan əlavə, Türkiyə lideri ölkəsinin Əl-Əqsa məscidinin statusuna xələl gətirə biləcək addımlara qarşı olacağını və Fələstin xalqının davasına dəstəyini davam etdirəcəyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR