Türkiyə Trampın Fələstin planının ölü doğulduğunu bildirdi

Türkiyə Trampın Fələstin planının ölü doğulduğunu bildirdi

Trampın "Əsrin anlaşması" demək olar ki, ABŞ, İsrail onların əlaltı ölkələri tərəfindən qəbul edilib

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyə ABŞ-ın Fələstin-İsrail məsələsinə “həll yolu tapmaq” iddiası ilə hazırladığı saxta sülh planının ölü doğulduğunu bildirib.

Xarici İşlər Nazirliyinin açıqlamasında “ABŞ-ın saxta sülh planı ölü doğulub. Bu plan problemin ikitərəfli danışıqlar yolu ilə həllini məhv etmək və  Fələstin torpaqlarını qəsb etmək məqsədi güdür”, -deyə bildirib.

Qüsdün Türkiyənin qırmızı xətti olduğuna işarə edilən açıqlamada ABŞ Prezidenti Donald Trampın  İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə açıqladığı Yaxın Şərqdə 100 illik "Əsrin sövdələşməsi" planında Fələstinlə bağlı mövqeyi pislənib və “Fələstin xalqı və torpaqları pulla satın alınmaz. Qüds qırmızı xəttimizdir. İsrailin işğalına haqq qazandıracaq addımlara icazə verməyəcəyik. Qardaş Fələstin xalqının yanında olacağıq. Fələstin ərazilərində müstəqil Fələstin üçün mübarizəmizi davam etdirəcəyik”, deyə əlavə edilib.

Açıqlamada daha sonra vurğulanıb ki, Fələstinin qəbul etməyəcəyi hər hansı bir planı Türkiyə də dəstəkləmir. İşğal siyasətinə son qoymadan Yaxın Şərqə sülh gələ bilməz.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustfa Şəntop da ABŞ-ı təktərəfli mövqeyində qınayaraq, bu planın nəticəsiz qalacağını bildirib.

Qeyd edək ki, ABŞ prəzidənti Donald Tramp yanvarın 28-də sözdə Orta Şərq sülh planını açıqlayarkən Qüdsün İsrailin bölünməz paytaxtı olaraq qəbul ediləcəyini və planın fələstinlilər üçün son şans olduğunu ifadə etmişdi.

Xəbəri paylaş

VİDEOLAR