Türkiyə Tel-Əvivdəki səfirini Ankaraya çağırdı

Türkiyə Tel-Əvivdəki səfirini Ankaraya çağırdı

Türkiyə Tel-Əvivin səfiri Torunların “məsləhətləşmələr üçün” Ankaraya çağırıldığını bildirib.

Az.rasthaber.com xəbər verir ki, Xarici İşlər Nazirliyi Türkiyənin Təl-Əviv səfiri Şakir Özkan Torunların məsləhətləşmələr üçün Ankaraya dəvət edilməsi ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada bildirilib:

“İsrail tərəfinin atəşkəs çağırışlarını qəbul etməməsi, mülki şəxslərə qarşı hücumların davam etməsi, humanitar yardımların fasiləsiz və davamlı ölkəyə girişinə icazə verməməsi səbəbindən Qəzzada baş verən humanitar faciəni nəzərə alaraq, Təl-Əviv səfirimiz Şakir Özkan Torunların məsləhətləşmələr üçün Ankaraya dəvət edilməsi qərara alınıb".

Xəbəri paylaş

VİDEOLAR