Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Suriyada "Sülh çeşməsi" əməliyyatının aparıldığı bölgəyə soxulmağa cəhd göstərən 2 terrorçu və "Fərat qalxanı" bölgəsinə hücum etməyə hazırlaşan bir PKK/YPG üzvü zərərsizləşdirilib.
Türkiyə Milli Müdafiə Nazirliyinin fevralın 21-də verdiyi açıqlamada "Suriyada "Sülh çeşməsi" əməliyyatının aparıldığı bölgəyə soxulmağa cəhd göstərən 2 terrorçu və "Fərat qalxanı" bölgəsinə hücum etməyə hazırlaşan bir PKK/YPG üzvü qəhrəman komandolarımız tərəfindən zərərsizləşdirildi" deyilib.