Türkiyə rəsmiləri Misirdə görüşlər keçirəcək

Türkiyə rəsmiləri Misirdə görüşlər keçirəcək

Türkiyә heyәti 5-6 may tarixlәrindә Misirdә görüşlәr keçirәcәk.

Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyə Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda Türkiyә ilә Misir arasındakı siyasi görüşlәrin 5-6 may tarixlәrindә Türkiyәnin xarici işlәr nazirinin müavini, sәfir Sedat Önal ilә Misir xarici işlәr nazirinin müavini, sәfir Hamdi Sanad Lozanın rәhbәrliyindә Qahirәdә keçirilәcәyi bildirilib.

Bәyanatda sözügedәn görüşlәrdә iki ölkә arasındakı münasibәtlәrin ikitәrәfli vә regional kontekstdә normallaşdırılması üçün atılacaq addımların müzakirә olunacağı bildirilib.

Xatırladaq ki, Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu aprelin 15-dә verdiyi bәyanatda Türkiyә ilә Misir kәşfiyyatları arasında açılan kanalın Xarici İşlәr Nazirliklәri vasitәsilә davam etmәsi mәsәlәsindә razılıq әldә olunduğunu ifadә etmişdi.

‘‘Misir Türkiyә  nümayәndә heyәtini dәvәt etdi. Türkiyә heyәti may ayının әvvәlindә Misirә sәfәr edәcәk’’,-deyә Mövlud Çavuşoğlu bildirmişdi.

Qeyd edәk ki, Türkiyә ilә Misir arasındakı diplomatik münasibәtlәr 2013-cü ildәn etibarәn müvәqqәti işlәr vәkillәri sәviyyәsindә davam etdirilir.

Xəbəri paylaş

VİDEOLAR