Türkiyə Qəzzada 20 səhra xəstəxanası inşa edəcək

Türkiyə Qəzzada 20 səhra xəstəxanası inşa edəcək

Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca qəzzalılar üçün 20 səhra xəstəxanası tikmək üçün lazımi hazırlıqları gördüklərini söylədi.

Az.rasthaber.com xəbər verir ki, nazir Fəxrəddin Koca dünən keçirilən Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada həm Rəfah sərhəd-buraxılış məntəqəsi yaxınlığında, həm də Əl Ariş hava limanında 20 səhra xəstəxanası tikmək üçün lazımi hazırlıqları gördüklərini bildirdi.
Fəxrəddin Koca bununla bağlı Misir və Fələstin Səhiyyə Nazirlikləri ilə danışıqlar apardıqlarını, təhlükəsizliyin təmin olunmasını və icazələrin verilməsini gözlədiklərini qeyd edib.

Türkiyənin səhiyyə naziri icazə verildiyi təqdirdə dərhal sağlamlıq əməliyyatlarına başlamağa hazır olduqlarını vurğuladı.

Xəbəri paylaş

VİDEOLAR