Türkiyə Prezident Aparatının bir müdirinin reaksiyasından sonra TRT direktorundan yeni İran açıqlaması

Türkiyə Prezident Aparatının bir müdirinin reaksiyasından sonra TRT direktorundan yeni İran açıqlaması

Fəxrəddin Altun İranın Mədəniyyət naziri ilə söhbətində Türkiyə hökumətinin yüksək rütbəli media rəsmilərindən birinin İran əleyhinə açıqlamalarından təəssüfləndiyini ifadə edib.

Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun İranın Mədəniyyət naziri ilə söhbətində Türkiyə hökumətinin yüksək rütbəli media rəsmilərindən birinin İran əleyhinə açıqlamalarından təəssüfləndiyini ifadə edib.

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri  “Bu günlərdə media rəsmilərimizdən birinin qeyri-adekvat açıqlaması üzündən yaranan nəticələrə görə, istərdim fürsətdən istifadə edərək təəssüfümü bildirməklə yanaşı vurğulayam ki, Türkiyə hökumətinin sabit yanaşması İran İslam Respublikası xalqı və hökuməti ilə bütün mövcud sahələrdə dostluğu gücləndirmək və əlaqələri artırmaqdır. Buna zidd olan hər hansı açıqlamanın Prezidentin və Türkiyə hökumətinin düşüncə tərzi və yanaşma tərzi ilə heç bir əlaqəsi yoxdur.”, -deyə bildirib.

Alun sonra deyib: “Biz dost və qonşu ölkəmiz İran İslam Respublikası ilə imtiyazlı siyasi və mədəni əlaqələrə böyük əhəmiyyət veririk. Ümid edirik ki, gələn ilin (2025-ci ilin) İran və Türkiyənin mədəniyyət ili kimi adlanmasını nəzərə alaraq, ortaq məqsədlərə əsaslanan dəyərli ortaq layihələr həyata keçirə biləcəyik”.

Qeyd edək ki, TRT Farscanın açılışı zamanı Türkiyənin dövlət televiziyasının (TRT) baş direktoru Mehmed Zahid Sobaçı  “TRT-nin Fars dili bölməsi bu ilin sonunda hazır olacaq. Biz İranı narahat etməliyik. Biz İranı narahat etməyə məcburuq.”, - deyə bildirmişdi.

TRT-nin baş direktoru Mehmet Zahid Sobacı reaksiyalarla bağlı yeni açıqlama verib.

Sobacı "İranı narahat etməliyik" sözlərinin kontekstdən çıxarıldığını və TRT-nin farsca yayıma başlamasından sonra sözlərinin yayım rəqabətinə vurğu olduğunu bildirib.

“Bütün kanalları ilə İran da daxil olmaqla, region ölkələri ilə əlaqələrin inkişafına töhfə verən TRT-nin yayım xətti göz qabağındadır. Bu rəqabətli yayım mühitində TRT Farsça-nın media sahəsində inkişaf edən Türkiyə-İran əlaqələrini əks etdirəcək bir media olacağına inanırıq.

Ona görə də sözügedən çıxışda nəinki Türkiyə-İran münasibətləri nəzərdə tutulmur, həm də bizim rəsmi xarici siyasətimiz cənab prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın, Xarici İşlər Nazirliyimizin və Kommunikasiya  İdarəsinin bəyanatlarında təmsil olunur. TRT indiyə qədər olduğu kimi bundan sonra da bu xətt üzrə yayım fəaliyyətinə davam edəcək”.

Xəbəri paylaş

VİDEOLAR