Türkiyə mart ayından mərhələli yumşalma tətbiq edəcək

Türkiyə mart ayından mərhələli yumşalma tətbiq edəcək

Türkiyə karantini qaldırmaq üçün 5 mərhələli normallaşmaya keçir.

Rasthaber Azərbaycan TRThaber-ə istinadən xəbər verir ki, Türkiyə koronavirusa görə tətbiq olunan karantin məhdudiyyətlərinin ləğvi üçün 5 mərhələli normallaşmaya keçir.

Bu barədə Türkiyə Prezidenti açıqlama vermişdi. Bu qərarın həyata keçməsinə bir neçə gün qalıb.

  Rayonların vəziyyəti "aşağı", "orta", "yüksək" və ya "çox yüksək" riskli olaraq təsnif ediləcək. Bu qruplara görə məhdudlaşdırmalardan hansılarının qaldırılacağı və ya davam etdiriləcəyi təyin olunacaq.

  Normallaşmada 5 meyar əsas götürülür:

  1. Şəhərdəki xəstəxanaların yataq, reanimasiya, tənəffüs cihazı həcmi və doluluq nisbəti,
  2. Rayonlar üzrə 100 min adamda görünən yoluxma sayı,
  3. PCR testlərindəki rəqəmlər,  
  4. Şəhərdəki 10-14 günlük müddətdə epidemiyanın ümumi vəziyyəti,  
  5. Şəhərin yaş və demoqrafik vəziyyəti çərçivəsində neçə adama peyvənd edildiyi.

  Bütün bunlar "yerində qərar" dövrünün təyinedici faktorları olacaq.

  Üstünlüklər dezavantaja, dezavantaj üstünlüyə çevriləcək.

  Yumşalma qərarından sonra yoluxma sayı artarsa, yenidən məhdudlaşdırmağa gediləcək.

  Restoranlar açılacaqmı? - Restoranların neçə adama xidmət edə biləcəyi təyin olunacaq. Girişlərdə HES kodu sistemi tətbiq ediləcək.  

  Üz-üzə təhsil olacaqmı? - Normallaşma müddəti üçün ilk addım üz-üzə təhsildir. Rayonlar epidemiyanın vəziyyətinə görə qərarlar verəcək. Şagirdlər və müəllimlər maska, məsafə və gigiyenaya diqqət yetirərək məktəblərə gedəcək.

  Küçəyəçıxma məhdudiyyəti qalacaqmı? - Küçəyəçıxma məhdudlaşdırmalarının pilləli olaraq qaldırılması gözlənilir.

   Əsas məsələ emidemiyanın ümumi vəziyyətinə baxılaraq rayonlar üzrə qərarların verilməsi olacaq.

Xəbəri paylaş

VİDEOLAR