Türkiyə İsrailin xəstəxananın vurulması ilə bağlı iddialarını təkzib edib

Türkiyə İsrailin xəstəxananın vurulması ilə bağlı iddialarını təkzib edib

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi Qəzzada Əl-Əhli Baptist Xəstəxanasının vurulması ilə bağlı İsrailin rəsmi qurumunun sosial paylaşım saytındakı rəsmi hesabındakı görüntülərdə manipulyasiya olduğunu müəyyən etdi; “Hücumu İsrail deyil, “Həmas” həyata keçirib” iddiasını təkzib edib.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, İdarənin Dezinformasiya ilə Mübarizə Mərkəzi İsrailin Fələstinə qarşı hücumları ilə bağlı yalan paylaşımlarla, manipulyasiya cəhdlərinin şərh olunduğu “Fələstin” başlıqlı bülleten yayımlayıb.

Bülletendə Qəzzanın Əl-Zeytun rayonunda Əl-Əhli Baptist Xəstəxanasının vurulması ilə bağlı paylaşımlar yer alıb.

Bəzi sosial media hesablarında gündəmə gətirilən  “Hücumu İsrail yox, “Həmas” həyata keçirdi iddiasının doğru olmadığı bildirilən bülletendə deyilib: “Qəzzanın şimalında yerləşən Əl-Zeytun məhəlləsi yüzlərlə insanın yaşadığı bir bölgədir. Burada İsrailin günlərdir davam etdirdiyi sıx bombardmanlar nəticəsində çox sayda mülki vətəndaş həyatını itirdi. Xəstəxananın bombalanmasının görüntüləri tədqiq edldiyi zaman bölgəni dağıdacaq təsirə malik silah-susatın “Həmas”ın indiyədək istifadə etdiyi növdən silah-sursat olmadığı açıq-aydın görünür”.

İsrail təbliğatı aparan hesablar tərəfindən “Xəstəxananı “Həmas” raketi vurdu” iddiası ilə paylaşılan görüntülərin 2022-ci ilə aid olduğu qeyd edilən bülletendə, həmçinin İsrail ordusunun sığınacaq olaraq istifadə edildiyini iddia etdiyi xəstəxanaların dərhal boşaldılması ilə bağlı təhdid xarakterli açıqlamalar verdiyi ifadə edilib.

Bülletendə o da qeyd olunub ki, “xəstəxananı vuran raketin Qəzzadan atıldığı” iddiası ilə İsrailin sosial mediadakı dövlət hesablarında paylaşılan görüntülər “manipulyasiya ehtiva edir”.  Görüntülər paylaşılmadan əvvəl şəkillər manipulyasiya ediləcək şəkildə kəsilmiş və tərsinə çevrilmişdir. Şəkillərin orijinal variantı tədqiq etildiyində Qəzzadan çıxan raketlərin İsrailə doğru getdiyi və vurulan xəstəxananın yerləşdiyi yerin raketlərin gediş istiqamətində olmadığı müəyyən edilmişdir.

Bülletendə İsrail Baş naziri Benyamin Netanyahunun keçmiş rəqəmsal mediadan məshul işçisi Hananya Naftalinin hücumdan dərhal sonra “İsrail Hərbi Hava Qüvvələrinin Qəzzada bir xəstəxananı vurduğunu” açıqlayan paylaşım etdiyi, qısa müddət sonra sildiyi və onun “Xəstəxanaya dəyən raketin Qəzzadan atıldığını” iddia edən paylaşımlar edərək dünya ictimai rəyini manipulyasiya etməyə çalışdığı bildirilib.

Bülletendə həmçinin İsrailin Qəzzanı bombalaması zamanı həyatını itirən uşaqların görüntüləri ilə əlaqədar “Fələstinlilər oyuncaqlarla təbliğat aparrır” iddiası ilə Pensilvanya Universitetində keçirilən İsrail əleyhinə etarizlarda “Yəhudi soyqırımı istəyirik” şüarları ilə bağlı paylaşımların gerçək olmadığı bildirilib.

Bülletendə bəzi sosial media hesablarında yer alan “İsrail ordusu “Həmas” liderini ələ keçirdi” paylaşımında yer alan fotonun keçən ay yaxalanan Qarabağdakı qondarma Ermənistan administrasiyasının əsir götürülən keçmiş dövlət nazirlərindən Ruben Vardanyana məxsus olduğu bildirilib. Ayrıca “Hamilə bir qadın “Həmas” tərəfindən işgəncəyə məruz qalaraq öldürüldü” iddiası ilə paylaşılan görüntülərin isə 2018-dən bəridir “Meksikada cinayət təşkilatları arasında zorakılığı” təsvir etmək üçün istifadə edildiyi müəyyən edilib.

Xəbəri paylaş

VİDEOLAR