Türkiyə Danimarkada Qurana qarşı təkrarlanan alçaq hücumları pisləyib

Türkiyə Danimarkada Qurana qarşı təkrarlanan alçaq hücumları pisləyib

Türkiye Danimarkanın paytaxtı Kopenhagendə Qurani-Kərimə qarşı təkrarlanan alçaq hücumları sərt şəkildə pisləyib.

Az.rasthaber.com xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Danimarkada Qurani-Kərimə qarşı təkrarlanan hücumlarla bağlı bəyanat yaydı.
Bəyanatda deyilir:
Bu gün Kopenhagendə müqəddəs kitabımız Qurani-Kərimə qarşı təkrarlanan alçaq hücumları ən sərt şəkildə pisləyirik. Danimarka hakimiyyəti beynəlxalq öhdəlikləri çərçivəsində hərəkət etməli və İslam dininə və milyardlarla müsəlmana qarşı nifrət alovlandıran bu çirkin əməllərin qarşısını almaq üçün lazımi tədbirlər görməlidir''.
Türkiyenin Diyanət İşləri İdarəsinin rəhbəri Əli Ərbaş da rəsmi internet səhifəsində etdiyi paylaşımda bu ifadələrə yer verib:
“Bu alçaq hücumun səbəbkarlarını və sosial sülhü hədəfləyən bu cür hərəkətlərə səssiz qalan Danimarka hakimiyyətini göstərdikləri bu mövqeyə görə şiddətlə qınayıram''.

Xəbəri paylaş

VİDEOLAR