Türkiyə Danimarka və Niderlanda nota verib

Türkiyə Danimarka və Niderlanda nota verib

Danimarka və Niderland diplomatları Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb

Az.rasthaber.com xəbər verir ki, Türkiyə Danimarka və Niderlanddakı səfirlikləri ilə bir sıra müsəlman ölkələrinin səfirlikləri qarşısında Quranın yandırılmasının davam etməsilə bağlı narahatlıqlarını Danimarka və Hollandiya diplomatlarına çatdırıb.

Danimarkanın Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili və Niderlandın Türkiyədəki səfirliyinin müşaviri Ankarada Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb, yaranmış narahatlıqlar dilə gətirilib və Türkiyənin bu hərəkətləri ən sərt şəkildə qınadığı bir daha vurğulanıb.

Xatırladaq ki, Danimarkanın müvəqqəti işlər vəkili avqustun 18-də eyni məsələ ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılmışdı.

Xəbəri paylaş

VİDEOLAR