Türkiyə: Danimarka İslama qarşı çirkin əməllərin qarşısını almalıdır

Türkiyə: Danimarka İslama qarşı çirkin əməllərin qarşısını almalıdır

Danimarka hakimiyyəti İslam dininə qarşı nifrət alovlandıran çirkin əməllərin qarşısını almalıdır.

Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bu, Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) İraqın Danimarkadakı səfirliyinin binası qarşısında Quran yandırılmasına etiraz bəyanatında yer alıb.

“Bu gün Kopenhagendə müqəddəs kitabımız Qurani-Kərimə qarşı təkrarlanan alçaq hücumları ən sərt şəkildə pisləyirik. Danimarka hakimiyyəti beynəlxalq öhdəlikləri çərçivəsində hərəkət etməli və İslam dininə və onun milyardlarla ardıcıllarına qarşı nifrət alovlandıran bu çirkin əməllərin qarşısını almaq üçün lazımi tədbirlər görməlidir”, - Türkiyə XİN vurğulayıb.

Qeyd edək ki, İraqın Danimarkadakı səfirliyi qarşısında Quran yandırılıb. Aksiyanı “Danimarka Vətənpərvərləri” radikal sağçı qruplaşmasının üzvləri törədib.

Xatırladaq ki, qrup üzvləri iyulun 21-də də İraqın Kopenhagendəki səfirliyi yaxınlığında analoji hal törədərək, aksiyanı canlı yayımlamışdılar. Bundan əvvəl, iyulun 20-də isə Stokholmdakı İraq səfirliyi qarşısında Quran nümayişkənarə şəkildə yandırılıb.

Xəbəri paylaş

VİDEOLAR