Türkiyə bütün ölkələr üçün boğazlardan hərbi istifadəni dayandırdı

Türkiyə bütün ölkələr üçün boğazlardan hərbi istifadəni dayandırdı

“Sahilyanı və qeyri-sahil ölkələrin (Qara dənizə) hərbi gəmilərini boğazlardan keçirməməsi üçün xəbərdarlıq etdik”.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu paytaxt Ankarada verdiyi açıqlamada deyib.

Nazir Çavuşoğlu 1936-cı ildə imzalanmış Montrö Konvensiyasının qüvvədə olduğunu bir daha vurğulayıb:

“Əgər Türkiyə müharibənin tərəfi deyilsə, döyüşən ölkələrin gəmilərini boğazdan keçirməmək səlahiyyəti var. Əgər hərbi gəmi Qara dənizdəki bazasına qayıdırsa, keçid bağlanmır. Biz Montrö Konvensiyasının müddəalarını tətbiq edirik".

Çavuşoğlu bu çərçivədə Qara dəniz sahili ölkələri İstanbul və Çanaqqala boğazlarından hərbi gəmilərin keçirməmələri ilə əlaqədar xəbərdar etdiklərini bildirərək deyib:

“Hər iki ölkədən (Rusiya və Ukrayna) indiyədək heç bir keçid müraciəti olmayıb".

Xəbəri paylaş

VİDEOLAR