23.02.2022 12:58:53
Türkiyə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) mütəşəkkil cinayət təşkilatının lideri Sedat Pekerin müvəqqəti həbs edilməsini tələb edib.
Az.rasthaber.com APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sedat Peker “qırmızı bülleten”lə axtarışdadır və onun barəsində qiyabi həbs qərarı çıxarılıb.