Tunisin cənub sahillərində qaçqınları daşıyan qayığın batması nəticəsində 15 nəfər həlak olub, 4 nəfər isə xilas edilib.
Az.rasthaber.com xəbər verir ki, Tunis Milli Təhlükəsizlik Qüvvələrinin sözçüsü Hüsaməddin əl-Cebabli sosial media hesabından batan qayıqla bağlı yazılı paylaşım edib.
Cebabli ölkənin cənub bölgəsindəki Sfaks şəhəri yaxınlığında və Kerkana adası yaxınlığında balıq tutan bir qayıqçının batan qayığı tapdığını və 4 qaçqının dəniz təhlükəsizlik qrupları tərəfindən xilas edildiyini bildirib. Cebabli itkin düşən 15 qaçqının axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Qeyd edək ki, Tunisdə 3 ayda 27 mindən çox qaçqın yaxalanıb.
Tunis Milli Təhlükəsizlik Qüvvələri aprelin 7-də verdiyi açıqlamada yanvarın 1-dən martın 31-dək Tunis yaxınlığında həyata keçirilən əməliyyatlarda 900-ə yaxın qeyri-qanuni miqrasiya cəhdinin qarşısının alındığını və əksəriyyəti Afrika ölkələrindən olan 27 mindən çox qanunsuz mühacirin yaxalandığını bildirib.