Tunisdə iki yüngül təyyarənin qəzaya uğraması nəticəsində 2 fransız turist ölüb, 2-si yaralanıb.
Tunis Mülki Müdafiə Agentliyindən verilən yazılı açıqlamada, ölkənin cənubundakı səhra bölgəsindəki Tuzer şəhərində iki tək mühərrikli yüngül təyyarə qəzaya uğradığı, təyyarələrdən birinin tamamilə yandığı, orada olan 2 nəfərin öldüyü, digər təyyarədə olan 2 nəfərin isə yaralandığı bildirilib.
Açıqlamada yaralananların və həyatını itirənlərin fransız turistlər olduğu bildirilib.
"Şənbə günü səsi eşidilməyən iki təyyarənin axtarış-xilasetmə işləri nəticəsində hava qüvvələrinə aid helikopter təyyarələrinin qalıqları tapılıb", - açıqlamada bildirilib.
Yaralıların Tüzer Dövlət Xəstəxanasına aparıldığı bildirilən açıqlamada qəzalarla bağlı araşdırmalara başlanıldığı qeyd edilib.