Trüdodan Trampa reaksiya

Trüdodan Trampa reaksiya

Castin Trüdo bazar ertəsi günü gecə “Qlobal National” telekanalı ilə müsahibəsində Trampı üstüörtülü tənqid edib

Kanadanın baş naziri Castin Trüdo (Justin Trudeau) bazar ertəsi günü gecə “Qlobal National” telekanalı ilə müsahibəsində Trampı tənqid edib.

Rasthaber Azərbaycan xəbər verir ki, o müsahibə zamanı deyib: "Təyyarənin qəzaya uğraması barədə baş verən hadisə toqquşma və savaş vaxtı baş verən bir hadisədir. Buna görə, hamı gərginliyin aradan qaldırılması və toqquşma və qırğın olmayan bir istiqamətdə hərəkətə kömək eməlidir. Təbii  əgər gərginlik olmasaydı və son zamanlar regionda gərginliklər şiddətlənməsəydi, Ukrayna təyyarəsinin qəzaya uğraması baş verməzdi və o kanadalılar indi öz ailələrinin kənarında olardılar."

Trüdo müsahibəsi zamanı  ABŞ prezidenti Donald Trampla söhbətində gərginliklərin azaldılmasını istədiyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR