Trampın Senatdakı impiçment məhkəməsinin 11-ci günü

Trampın Senatdakı impiçment məhkəməsinin 11-ci  günü

ABŞ senatında bu ölkə prezidenti Donald Trampın impiçmenti üzrə mühakimənin 11-ci günü keçirilib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İclasda Ağ Ev-in vəkillər kollegiyası, həmçinin Trampın impiçmenti üzrə məsul şəxslərin son ifadələri dinlənilib.

Senatın cümə günü gecə şahidlərin şəhadət vermək üçün məhkəmə iclasına çağırılmaları layihəsinə qarşı çıxmasından sonra qərara alındı ki, tərəflərin sonuncu müdafiələri dörd saat müddətinə dinlənilsin.

Bu mühakimədə məhkəmə işinin prokurorları rolunu oynayan Trampın impiçmenti üzrə məsul şəxslər, Trampın Amerikanın qarşıdakı prezident seçkiləri prosesinə Ukraynanı müdaxilə etdirməkdə bu ölkənin əsas qanununu ciddi şəkildə pozduğunu Amerikanın ümumi fikrinə və senatorlara anlatmağa çalışmaqda davam ediblər.

Bu məsələ xüsusən Ağ Ev-in milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun çap edilməkdə olan kitabının mətninin bir hissəsinin ifşa olunmasından sonra xüsusi önəm kəsb edib.

“Nyu-York Tayms” qəzetinin ifşa etdiyi bu kitabın bir hissəsində 2020-ci il seçkilərində Trampın əsas seçki rəqibi olacaq Co Baydenə və onun oğlu Hanter Baydenə qarşı təhqiqat aparmaq üçün Ukraynaya təzyiq məsələsi əks olunub.

Bu iclasdan sonra senatorlar parlamentdə Donald Trampa qarşı ittihamlarla razılıq və müxalifət ilə bağlı öz səsləri barədə fikir bildirmək fürsəti tapacaqlar və nəhayət çərşənbə günü bu iş barədə yekun səsvermə aparılacaq.

Trampın impiçmenti prosesi onun Ukrayna prezidentilə telefon söhbətindən sonra başlanıbdır.

Xəbəri paylaş

VİDEOLAR