Trampın sazişini Afrika Birliyi də qəbul etmədi

Trampın sazişini Afrika Birliyi də qəbul etmədi

Afrika Birliyinin başçıları dünən gecə bir açıqlamada amerikan-sionist "əsrin sövdələşməsi" planını pisləyiblər

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Afrika Birliyinin başçıları dünən gecə bir açıqlamada amerikan-sionist "əsrin sövdələşməsi" planını pisləyib və Fələstin xalqı ilə öz həmrəyliklərini bildiriblər.

Afrika Birliyinin başçıları bu açıqlamada həmçinin işğal olunmuş ərazilərdəki bütün qəsəbələri qanunsuz adlandırıblar.

Amerika prezidenti Donald Tramp yanvarın 28-də sionist rejimin baş naziri Benyamin Netanyahu ilə yanaşı, “əsrin sövdələşməsi” planını təqdim edərək Fələstinin işğalını leqallaşdırmaq istəsə də, İslam Dünyası və bir çox beynəlxalq qurumlar bu planı qəbul etməyiblər.

Afrika Birliyi başçılarının ikigünlük sammiti bu qitə boyu yayılmış toqquşmaların həllində daha çox rol oynamaq tərzi üzərində keçib.

Xəbəri paylaş

VİDEOLAR