Trampın malikanəsində gizli sənədlər tapıldı

Trampın malikanəsində gizli sənədlər tapıldı

ABŞ-ın Milli Arxivlər və Qeydlər İdarəsinin (NARA) ölkənin keçmiş Prezidenti Donald Trampın malikanəsi Mar-o-Laqodan götürdüyü sənədlər arasında “gizli” və “tam məxfi” qeydləri olan sənədlər tapılıb.

Az.rasthaber.com "Oxu.az"-a istinadən xəbər verir ki, bundan əvvəl NARA rəsmilərinin Trampın Ağ Evdən çıxararaq Mar-o-Laqoya köçən eks-prezidentin malikanəsindən bir neçə qutu sənəd ələ keçiriblər. Sənədlərə Şimali Koreya lideri Kim Çen Inla yazışmalar və Barak Obamanın 2016-cı ildə varisinə göndərdiyi mesaj daxildir.

Qeyd edilir ki, bəzi sənədlər o qədər məxfidir ki, yalnız çox dar çərçivədə səlahiyyətli şəxslərin onlardan məlumatlı olmaq hüququ var. NARA-nın tələbi ilə ABŞ Ədliyyə Nazirliyi məsələyə baxacaq.

Xəbəri paylaş

VİDEOLAR