Trampdan Şəhid Qasim Süleymani ilə bağlı etiraf: "Qorxuram!"

Trampdan Şəhid Qasim Süleymani ilə bağlı etiraf:

İddialara görə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp İran İnqilab Keşikçiləri Korpusunun komandanı Qasım Süleymaninin pilotsuz təyyarənin hücumu nəticəsində öldürülməsindən sonra dostlarına İranın onu qisas almaq üçün öldürəcəyindən qorxduğunu deyib.

Az.rasthaber.com xəbər verir ki, The Guardian-ın əldə etdiyi kitabda, Trampın İran siyasəti ilə bağlı bölmələr araşdırılıb.

İran İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin komandanı Qasım Süleymani 3 yanvar 2020-ci ildə pilotsuz təyyarənin hücumu nəticəsində öldürülüb. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Süleymaninin ABŞ diplomatlarını öldürmək üçün fəal plan hazırladığını iddia edib.

Tramp hadisədən sonra keçirilən mitinqdə deyib: “Biz onu dayandırdıq, tez dayandırdıq”.

Digər tərəfdən, Glasser və Baker tərəfindən yazılan kitabda, Trampın ən azından şəxsi söhbətlərində o qədər də rahat olmadığı bildirilib.

Qeyd edək ki, İran İslam İnqilabının rəhbəri Ayətullah Əli Xamenei 16 dekabr 2020-ci ildə deyib:

“General Süleymaninin ölümünə göstəriş verənlər sui-qəsdi həyata keçirənlər kimi cəzalandırılmalıdır. İntiqam mütləq doğru zamanda alınacaq”.

Xəbəri paylaş

VİDEOLAR