Zəhərin mövcudluğunu keçirilən 2 test də təsdiq edib.
Rasthaber CNN-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları ABŞ prezidenti Donald Trampa ünvanlanan zəhərli bağlamanı ələ keçirib.
Zəhərin mövcudluğunu keçirilən 2 test də təsdiq edib.
Qeyd edilir ki, Ağ Evə ünvanlanan bütün korrespondensiya oranın hüdudlarından kənarda ilkin yoxlamadan keçir.
ABŞ sərhədçiləri prezidentə sözügedən bağlamanı göndərməkdə şübhəli bilinən şəxsi Kanadadan ABŞ ərazisinə keçməyə cəhd edərkən tutublar.
Həmin şəxsin qadın və silahlı olduğu deyilir.
Polis hələ saxlanılan şəxsin kimliyini açıqlamır. Baş verən hadisənin şərait və səbəbləri araşdırılır.