Tramp: Onlar 3 il sonra ABŞ-ı məhv edəcəklər

Tramp: Onlar 3 il sonra ABŞ-ı məhv edəcəklər

Demokrat Partiyasının nümayəndələrinin hakimiyyətdə qalacağı təqdirdə ABŞ üç ildən sonra məhv olacaq.

Rasthaber Azərbaycan trend-ə istinadən məlumatına görə, bu barədə ABŞ-ın keçmiş Prezidenti Donald Tramp "Newsmax" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, 2022-ci ildə keçiriləcək seçkilərdə respublikaçılar ABŞ Konqresində çoxluq qazana, 2024-cü ildə isə rəhbərliyə gələ bilməsə, 3 ildən sonra ölkədən heç nə qalmayacaq.

D.Tramp əlavə edib ki, hazırkı Prezident Cozef Baydenin hakimiyyətinin səkkiz ayı ərzində ABŞ "heç vaxt olmadığı kimi geriləyib".

Xəbəri paylaş

VİDEOLAR