Tramp İsrailə dəstək məqsədilə Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya qoyur

Tramp İsrailə dəstək məqsədilə Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya qoyur

ABŞ prezidenti Donald Tramp icra fərmanlarından ibarət sunamisinin davamında və Qəzzə zolağı, onun idarə olunması ilə bağlı mübahisəli açıqlaması ilə eyni zamanda sionist rejimə dəstək məqsədilə Hollandiyadakı Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya qoyur.

Az.rasthaber.com xəbər verir ki, Ağ Ev rəsmilərindən biri cümə axşamı sionist rejimin baş naziri Benyamin Netanyahunun ABŞ-a səfəri ilə eyni zamanda bildirib ki, Tramp bu gün ABŞ və onun İsrail kimi müttəfiqlərini hədəfə aldığına görə Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edən fərman imzalayacaq.

 

Mediaya açıqlama verən Ağ Evin adı açıqlanmayan rəsmisi deyib: “Bu fərman Beynəlxalq Cinayət Məhkəməsinin ABŞ vətəndaşlarına və ya müttəfiqlərinə qarşı araşdırmaları ilə əməkdaşlıq edən şəxslərə və onların ailə üzvlərinə maliyyə sanksiyaları və viza məhdudiyyətləri tətbiq edir.”

 

Beynəlxalq Cinayət Məhkəməsi daha əvvəl 2020-ci ildə Trampın ilk prezidentlik müddətində ABŞ-ın sanksiyalarına məruz qalmışdı. Sanksiyalar arasında keçmiş prokuror Fatu Bensuda və qurumun yüksək vəzifəli məmurlarından birinə qarşı səfər qadağası və aktivlərinin dondurulması var idi.

 

Beynəlxalq Cinayət Məhkəməsi 2024-cü ilin noyabrında sionist rejimin baş naziri Benyamin Netanyahu və keçmiş müharibə naziri Yoav Gallantın Qəzzə zolağında müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətməkdə ittiham edərək həbsinə order verib.

Xəbəri paylaş

VİDEOLAR