Tramp: Bayden ABŞ-ın ən böyük düşmənidir

Tramp: Bayden ABŞ-ın ən böyük düşmənidir

Co Bayden ABŞ-ın düşmənidir.

Az.rasthaber.com RBC-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib.

O, dövlətin düşmənidir. Dövlət düşməni - o və onun nəzarət etdiyi qrupdur, onun ətrafındakı “Co, bunu et, onu et, bunu bacararsan, Co” deyənlərdir“, - deyə o qeyd edib.

Trampın sözlərinə görə, Baydenin nitqi “ən kinli, nifrət və nifaq dolu idi”.

Eks-prezident bu şəkildə Co Baydenin respublikaçılar haqda sözlərinə münasibət bildirib.

Xatırladaq ki, Bayden deyib ki, Tramp və onun ideologiyasını dəstəkləyən respublikaçıları ABŞ üçün təhdid olan ekstremist qüvvələr təşkil edir.

Trampın fikrincə isə, ABŞ üçün hazırkı komanda təhdid mənbəyidir.

Xəbəri paylaş

VİDEOLAR