Tramp: "ABŞ cəhənnəmə doğru yuvarlanır"

Tramp:

Birləşmiş Ştatların keçmiş lideri Donald Tramp Ağ Evin hazırkı rəhbərini sərt şəkildə tənqid edib.

Az.rasthaber.com "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, onun siyasi rəqibi və hazırkı dövlət başçısı Co Bayden bir il yarımdan az bir müddətdə ölkəyə elə bir zərər vurub ki, bunu, bir araya gəlsələr belə, ölkənin “ən pis beş prezidenti” edə bilməzdi.
"Amerika tarixinin ən pis beş prezidentini götürə bilərsiniz, onları bir araya gətirə bilərsiniz və onlar Baydenin cəmi 16 ayda ölkəmizə vurduğu zərəri vura bilməzlər", - deyə Tramp Nebraska ştatında tərəfdarları qarşısında çıxışda bildirib. Tədbir yerli televiziya ilə yayımlanıb.
Dünyanın gündəmində olan məsələlərə də toxunan Tramp Ukraynadakı hadisələrə görə də demokrat varisini cavabdeh hesab edib. ABŞ-ın keçmiş prezidenti qeyd edib ki, bu vəziyyət bütün dünya üçün fəsadlarla, o cümlədən yeni dünya müharibəsinin başlaması riski ilə doludur.
"Ölkəmiz cəhənnəmə doğru yuvarlanır, amma biz bunu düzəldəcəyik. Sadəcə ümid edirəm ki, bunun üçün gec olmayacaq. Ukraynada baş verənlər çox təhlükəlidir - bütün dünya üçün təhlükəli ola bilər. Bu, yeni bir vəziyyətə, dünya müharibəsinə çevrilə bilər. Ölkəmizi indi vəziyyəti dünya müharibəsinə gətirə biləcək insanlar idarə edir”, - Tramp əlavə edib.
Xatırladaq ki, respublikaçılar partiyasından olan Donald Tramp 2016-2020-ci illərdə ABŞ prezidenti olub. 2020-ci ildə keçirilmiş prezident seçkilərində o, hazırkı dövlət başçısı demokrat Cozef Baydenə məğlub olub.

Xəbəri paylaş

VİDEOLAR