Günahdan peşman olaraq Tövbə namazı necə qılınır?
Rasthaber Azərbaycan: Mübarək Ramazan ayı insanların bağışlanması üçün fürsətdir. Bu ayda günahkarların bağışlanması üçün tövbə namazı qılmaları məsələhətdir.
Bəs tövbə namazı necə qılınır?
Tövbə qüsulu edir, sonra dörd rükət (2 dənə 2 rükətli namaz) namaz qılırsınız. Həmin namazların hər rükətində bir dəfə Həmd (Fatihə) surəsini, üç dəfə Tovhid (İxlas, Qul huvəllah) surəsini, bir dəfə isə Nas və Fələq surələrini oxuyursunuz.
Namazları qurtardıqdan sonra 70 dəfə "əstəğfirullahə Rəbbi və ətubu iləyh" deyir və sonra bir dəfə «la haulə və la quvvətə illa billahil-əliyyil-əzim" deyirsiniz.
Daha sonra bu duanı oxuyursunuz: "Ya əzizu ya ğəffar, iğfir li zunubi və zunubə cəmiil-mumininə vəl-muminat. Fəinnəhu la yəğfiruz-zunubə illa ənt".