Qlobal Terrorçuluq İndeksi – 2019” məruzəsində bu haqda bildirilir
Rasthaber Azərbaycan “Afghanistan.ru”-ya istinadən xəbər verir ki, Əfqanıstan terrorçuluqdan ən çox zərər görmüş ölkə olaraq qalmağa davam edir.
Buna “Qlobal Terrorçuluq İndeksi – 2019” məruzəsində bu barədə deyilir.
İqtisadiyyat və Sülh İnstitutunun hazırladığı hesabata əsasən, terrorçuluq nəticəsində dünyasını dəyişənlərin 41%-i Əfqanıstanın payına düşür.
Bildirilir ki, əvvəlki illə müqayisədə ölkədə terror qurbanlarının sayı 22% azalıb.
Ölkədəki ümumi itkilərin 87%-nin məsuliyyətini “Taliban” terror təşkilatı daşıyır. Qeyd edilir ki, “Taliban” dünyanın ən ölümsaçan terror təşkilatı olaraq qalmağa davam edir.
İŞİD terrorçuları isə qətllərin 6%-nə görə cavabdehdir.
Araşdırma müəllifləri qeyd ediblər ki, Pəncşerdən başqa bütün əyalətlərdəki qurbanların sayı nəzərə alınıb.
Ən çox ölüm Qunduz əyalətində qeydə alınıb. Burada 500 insan terror aktı nəticəsində həyatını itirib. Əvvəlki illə müqayisədə, 2019-cu ildə terror nəticəsində dünyasını dəyişənlərin sayı 77% artıb.
Xatırladaq ki, Əfqanıstan terrorçuluq dərəcəsinə görə ölkələr reytinqində 2 ildir ki, ilk yerdədir.