Terrorçular PUA ilə elektrik stansiyasına hücum ediblər

Terrorçular PUA ilə elektrik stansiyasına hücum ediblər

Suriyada terrorçular pilotsuz uçuş aparatı (PUA) vasitəsilə bu ölkənin Həma şəhərinin şimal çevrəsində yerləşən Muhrada adlı elektrik stansiyasına hücum ediblər.

Rastahaber Azərbaycan xəbər verir ki, terrorçuların PUA hücumu nəticəsində bu elektrik stansiyasına xeyli ziyan dəyib.

Digər tərəfdən, Suriya qüvvələri "Nusra Cəbhəsi" terror qruplaşmasının Hələb şəhərinin şimalındakı  Əndan, Haritan və Kəfər Həmrah məntəqələrində yerləşən mövqelərini hədəfə alıblar. Əbu Rasin bölgəsinin də terrorçular tərəfindən hücum edildiyi önə çəkilir.

Digər məlumata görə, Homsda terrorçulara aid bir PUA zərərsizləşdirilib.

Suriyanın silahlı qüvvələri "Nusra Cəbhəsi" və onun terrorçu müttəfiqlərilə mübarizələrinin davamında Hələb şəhərinin cənubunda yerləşən Urum Əl-Kubra, Kəfər Naha, Acil və Əvicel kəndlərini, həmçinin Əl-Rizvan yaşayış məntəqəsini terrorçulardan təmizləyiblər.

Həmçinin, Hələb şəhərinin qərbində, Əl-Mənsurə kəndi, Hərbi Tədqiqatlar Mərkəzi və Raşidin Məhəlləsi Suriya ordusu tərəfindən terrorçuların işğlından azad edilib.

Bu əməliyyatda bir çox terrorçu öldürülüb və yaralanıb, həmçinin onların silah-sursat, texnikaları məhv edilib.

Bu irəliləmələr nəticəsində, son bir neçə gündə İdlib və Hələb bölgələrində Suriya ordusu tərəfindən azad edilən ərazilər 1330 kvadrat kilometr artıb.

Xəbəri paylaş

VİDEOLAR