Terrorçular İdlibdə Suriya Ordusuna hücum etdi

Terrorçular İdlibdə Suriya Ordusuna hücum etdi

Suriyadakı münaqişə tərəflərinin barışığı üzrə Rusiya mərkəzi açıqlama yayıb

Rasthaber Azərbaycan  xəbər verir ki, Suriyadakı münaqişə tərəflərinin barışığı üzrə Rusiya mərkəzi İdlib bölgəsində Suriya ordusuna 6 hücum həyata keçirildiyini bildirib.

Məlumata görə, hücum zamanı 30 Suriya ordusunun hərbçisi dünyasını dəyişib, 100 nəfərdən çox hərbçi isə yaralanıb. Məlumata görə, qarşıdurmalarda 60 terrorçu da məhv edilib.

Hücumlardan sonra Suriya ordusu İdlib bölgəsinin cənub şərq ətrafından çəkilib.

Açıqlamada hücumları həyata keçirilən döyüşçülər arasında Türkistan İslam Partiyası ilə Heyət Təhrir Şam üzvləri olduğu bildirilib. Hücumların tank və zirehli texnika ilə həyata keçirildiyi də diqqətə çəkilib.

Xəbəri paylaş

VİDEOLAR