Terrorçular Əfqanıstanda məktəbi partlatdılar

Terrorçular Əfqanıstanda məktəbi partlatdılar

Xəsarət alanlar barədə məlumat verilməyib.

Rasthaber RİA-ya istinadən xəbər verir ki, terrorçular Əfqanıstanın Qəndəhar əyalətində yerləşən qaçqın düşərgəsindəki məktəb binasını partladıblar.

Bu barədə polis rəsmisi Camal Nəsir Barakzay məlumat verib.

“Ötən gecə terrorçular bomba yerləşdirərək Jari rayonundakı qaçqın düşərgəsindəki məktəb binasını dağıdıblar”, – deyə o qeyd edib.

Rəsmi əlavə edib ki, məktəb təzəlikcə inşa edilmişdi.

Xəsarət alanlar barədə məlumat verilməyib.

Xəbəri paylaş

VİDEOLAR