“Telegram” qurucusu Pavel Durov bəyan edib
RT-a istinadən xəbər verir ki, “Telegram” qurucusu Pavel Durov bildirib ki, 2021-ci ildən servis əlavə pullu funksiyaların hesabına gəlir əldə edəcək.
“Bununla belə, biz öz dəyərlər və keçmişdə verdiyimiz zəmanətlərimizə sadiq qalacağıq” deyən Durov messencerin bütün cari sevislərinin pulsuz olaraq qalacağını əlavə edib.
O deyib ki, “genişləndirilmiş tələbləri olan biznes-komanda və istifadəçilər” üçün olan resurstutumlu funksiyalar ödənişli olacaq.
Bundan başqa, Durov qeyd edib ki, yeni format istifadəçilərin özləri üçün də sərfəli olacaq, çünki kommersiya layihələrinə gəlir və trafik əldə etməyə imkan verəcək. Məsələn, ödənişli stiker yaradıcıları pul qazana biləcəklər.