Tel Əvivdə Türkiyə xəbər agentliyinin operatoru döyüldü

Tel Əvivdə Türkiyə xəbər agentliyinin operatoru döyüldü

Ağır zərbələr alan Əbu Rumeyle isə təcili tibbi yardım dəstələrinin hadisə yerindəki ilk müdaxilələrindən sonra xəstəxanada yerləşdirilib.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Təl-Əvivdə fələstinli məhbus Hişam Ebu Hevaşın yerləşdirildiyi xəstəxananın qarşısında çəkiliş etmək üçün gözləyən Anadolu Agentliyinin  operatoru Fayiz Ebu Rumeyl irqçi yəhudilərin zorakılığına məruz qalıb.

Hadisə Təl-Əvivdə Assaf Harofeh xəstəxanasının qarşısında baş verib. Orda gözləyən Anadolu Agentliyinin  operatoru Əbu Rumeyle ilə eyni ərazidəki irqçi yəhudilər arasında mübahisə yaşanıb. Ancaq yəhudilər Əbu Rumeylenin Anadolu Agentliyinin  işçisi olduğunu öyrəndikdə ona zorakılıq etməyə başlayıblar.

Ağır zərbələr alan Əbu Rumeyle isə təcili tibbi yardım dəstələrinin hadisə yerindəki ilk müdaxilələrindən sonra xəstəxanada yerləşdirilib.

Xəbəri paylaş

VİDEOLAR