Tel-Əvivdə ərzaq mağazalarının rəfləri boşalıb

Tel-Əvivdə ərzaq mağazalarının rəfləri boşalıb

İsrailin paytaxtı Təl-Əviv sakinləri Qəzza ilə yaşanan gərginlik fonunda bazarlara axışıb. Çörək, süd, yumurta, yulaf kimi məhsullar supermarket rəflərindən boşalıb.

Az.rasthaber.com xəbər verir ki, Sputnik-in Təl-Əvivdəki müxbiri bildirib ki, şəhər sakinləri bazarlara axışaraq çörək, süd, yumurta və yulaf ehtiyatı yığıblar. Bəzi bazarlarda məhsullar hissə-hissə satılır, məsələn, adambaşına maksimum bir paket süd.

Bazar işçiləri bildirirlər ki, şəhər sakinləri təşviş içərisindədir və bu, onların məhsul saxlama tərzində özünü göstərir.

Bildirilib ki, bu gün ən çox tələbat olan məhsullar çörək, yumurta, süd, su, makaron və düyüdür. Adətən həmişə dolu olan meyvə-tərəvəz rəfləri indi boş görünür.

Xəbəri paylaş

VİDEOLAR