İşğalçı İsrailin Ben Qurion hava limanında insanlar ölkəni tərk etməyə çalışarkən böyük növbələr yaranıb.
Az.rasthaber.com xəbər verir ki, sionist rejimdə insanlar yenidən Tel-Əvivdə yerləşən Ben Qurion hava limanında saatlarla növbəyə düzülüblər.
Onlar Qəzza zolağı ilə bağlı artan münaqişə fonunda ölkəni tərk etməyə çalışırlar, lakin bir çox uçuşlar ləğv edilir.
Qeyd edək ki, 7 oktyabrda HƏMAS “İslami-Cihad”la birgə “Əqsa tufanı” əməliyyatı başladığını elan edib və İsrailə hücum həyata keçirib. Genişmiqyaslı hücum nəticəsində 700-dən çox İsrail əsgəri məhv edilib, 2 mindən çoxu yaralanıb.