İranın paytaxtı Tehranda İslam İnqilabı Keşikçilər Ordusunun polkovniki terrora məruz qalıb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Sepah-ın vaxtilə Suriyada fəaliyyət göstərmiş polkovniki Səyyad Xudayi ötən gün günorta saatlarında Tehranda terror məruz qalıb.
Məlumata görə motosikletdə olan iki nəfər yaxın məsafədən ona atış açaraq qaçıblar.
Sepah-ın İctimaiyyətlə Əlaqələr Şöbəsinin məlumatına görə Səyyad Hərəm Müdafiəçilərindən olub və o elə evinin qarşısında terrora məruz qalıb.
Sepah, bu terror aktının İslam İnqilabına zidd olan və dünya hegemon cəbhəsi tərəfindən dəstəklənən ünsürlər tərəfindən həyata keçirildiyini bildirib və intiqam vəd edib.