Tehranda klinikada partlayış: 19 nəfər ölüb

Tehranda klinikada partlayış: 19 nəfər ölüb

Hadisə Tehranın Behişti küçəsində yerləşən bir klinikada baş verib.

Rasthaber Azərbaycan mehr-ə istinadən xəbər verir ki, axşam saatlarında Tehranda partlayış və yanğın baş verib.

İribnews bildirir ki, hadisə Tehranın Behişti küçəsində yerləşən bir klinikada baş verib.

Tehran prokuroru Əli El-Kasi Mehr dövlət televiziyasına bildirib ki, partlayış klinikanın əməliyyat bölməsində yerləşən üç oksigen çənindən baş verib.
Digər tərəfdən partlayış səbəbiylə ətrafdakı binaların şüşələri sınıb. Hadisədən sonra Şeriati küçəsi yol hərəkətinə bağlanıb və əraziyə çoxlu sayda təhlükəsizlik qüvvəsi cəlb olunub və genişmiqyaslı təhlükəsizlik tədbirləri görülüb.

Bu saata olan məlumata görə, hadisə zamanı 19 nəfər dünyasını dəyişib, 10-dan çox yaralı var.

Yaralılar digər xəstəxanalara çatdırılıblar.

Xəbəri paylaş

VİDEOLAR