Tehranda Ali Məhkəmənin iki hakimi qətlə yetirildi

Tehranda Ali Məhkəmənin iki hakimi qətlə yetirildi

İranın paytaxtı Tehranda yerləşən Ədliyyə Sarayının qarşısında silahlı hücum həyata keçirilib. Hadisədə Ali Məhkəmənin iki hakimi qətlə yetirilib, bir hakim isə yaralanıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Tehran Ədliyyə Sarayının qarşısında silahlı şəxs tərəfindən edilən sui-qəsd nəticəsində Məhəmməd Moqiseh və Əli Razini adlı iki hakim həyatını itirib. Hadisə zamanı bir hakim isə yaralanıb. Hücumdan sonra silahlı şəxs özünə atəş açaraq intihar edib.

İlkin araşdırmalara görə, hücumçunun nə Ali Məhkəmədə hər hansı bir işi olub, nə də məhkəməyə gələn şəxslərdən biri olduğu müəyyən edilib. Hücumun səbəbləri hələ ki, tam olaraq aydınlaşdırılmayıb.

Hazırda bu terror aktının arxasında olan şəxslərin müəyyən edilməsi və məsul şəxslərin yaxalanması istiqamətində genişmiqyaslı istintaq başladılıb. İran rəsmiləri təhlükəsizlik tədbirlərini gücləndirərək məsələnin ətraflı araşdırıldığını bildiriblər.

Xəbəri paylaş

VİDEOLAR