Tehran və Bakı investisiya və ticarət maneələrini araşdırıb

Tehran və Bakı investisiya və ticarət maneələrini araşdırıb

İran İslam Respublikasının Bakıdakı səfiri Seyyd Əbbas Musəvi və Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov bəzi məsələləri müzakirə ediblər

İranın Bakıdakı səfiri və Azərbaycan Respublikasının iqtisadiyyat naziri investorların və iş adamlarının gediş-gəlişlərinin asanlaşdırılması da daxil olmaqla iki ölkənin iqtisadi münasibətlərini araşdırıblar.

Rasthaber Azərbaycan İran mediasına istinadən verir, İran İslam Respublikasının Bakıdakı səfiri Seyyd Əbbas Musəvi və Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov dünən iki ölkənin iqtisadi münasibətlərinin son durumu, icra edilməkdə olan layihələr, həmçinin İran ilə Azərbaycan Respublikası arasındakı investisiya və ticarət maneələri barədə danışıblar.

Hazırkı şəraitdə investorların və iş adamlarının gediş-gəlişlərinin asanlaşdırılması, iranlı şirkətlərə dəstək, üstünlük verilən ticarət barədə müqavilənin imzalanması və müştərək sənaye şəhərciyi İranın Bakıdakı səfirinin Azərbaycan Respublikasının iqtisadiyyat naziri ilə apardığı danışıqların digər mövzularından olub.

Xəbəri paylaş

VİDEOLAR