İraq prezidenti Əbdüllətif Rəşid bəyan edib ki, Bağdad İran və Səudiyyə Ərəbistanı arasında daha sıx münasibətləri dəstəkləyir.
Az.rasthaber.com xəbər verir ki, İraq prezidenti Əbdüllətif Rəşid Şinhva xəbər agentliyinə verdiyi açıqlamada beynəlxalq ictimaiyyətin terrorizmlə mübarizədə daim koordinasiya və əməkdaşlıq etməli olduğunu vurğulayıb.
Bağdadın İran və Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin yaxınlaşmasını dəstəklədiyini vurğulayan Rəşid, "Bu iki ölkə arasında əməkdaşlıq və koordinasiya bəşəriyyətin xeyrinə olacaq və bizi müharibə və münaqişədən uzaqlaşdıracaq", - deyə qeyd edib.
Xatırladaq ki, İran və Səudiyyə Ərəbistanı 7 ildən sonra diplomatik əlaqələrin bərpası və qarşılıqlı səfirliklərin açılması barədə razılığa gəliblər.