Tehran qubernatoru: İğtişaşlar bitdi

Tehran qubernatoru: İğtişaşlar bitdi

“İğtişaşlar bitib. Neçə gündür paytaxtda sakitlikdir. Xaricdə iğtişaşçılara rəhbərlik edənlərdən biri daxildəki əlaltıları ilə danışaraq onlara bildirib ki, iğtişaşların dayanmasına imkan verməyin. Deyib ki, dalana dirənsəniz belə küçələrdə zibil qablarını da olsa yandırın ki, bu məsələ bitməsin.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu Tehranın qubernatoru Möhsün Mənsuri deyib.

O, bu gün ölkə şəhidlərilə bağlı keçirilən tədbirərin birində çıxışı zamanı deyib ki, iğtişaşlar bitib və Tehranda bir neçə gündür sakitlikdir.

“Biz iğtişaşçılarla məsələni bilməyən insanlara fərqli yanaşırıq. Həmçinin iğtişaşlara rəvac verən və çağırış edən tanınmış insanlar (Celebrity) haqda da lazımi tədbir görüləcək”, deyə Tehranın qubernatoru əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR