Təcili yardımda çalışan həkim koronavirusdan dünyasını dəyişib

Təcili yardımda çalışan həkim koronavirusdan dünyasını dəyişib

Aprelin 18-də səhər saatlarında Azərbaycanda təcili tibbi xidmətin həkimi Zakir Xəlilov koronavirus infeksiyasından vəfat edib.

Bu haqda Müsavat başqanının müavini Səxavət Soltanlı məlumat verib.

“Təəssüf ki, yaxından tanıdığımız, müsavatçı dostumuz Zakir Xəlilov koronavirusdan dünyasını dəyişdi. O Təcili tibbi xidmətdə çalışırdı. Başqalarını xilas edərkən virusa yoluxmuşdu” – deyə, Səxavət Soltanlı özünün feysbuk səhifəsində yazıb.

Zakir Xəlilovun 67 yaşı vardı. Koronavirusa yoluxduqdan sonra bir həftədən artıq reanimasiya şöbəsində müalicə alıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

TƏBİB-dən xəbəri nə təstiq, nə də təkzib ediblər və bu haqda rəsmi açıqlama olacağınl deyiblər.

Turan

Xəbəri paylaş

VİDEOLAR