Təbrizli deputat Azərbaycanı təbrik edərək, şəhidlərə rəhmət dilədi

Təbrizli deputat Azərbaycanı təbrik edərək, şəhidlərə rəhmət dilədi

İran parlamentində Təbriz, Azərşəhr və Usku şəhərlərini təmsil edən deputat Məhəmmədrza Mirtacəddini Azərbaycanı Qarabağ müharibəsində əldə etdiyi qələbə münasibətilə təbrik edib.

Rasthaber APA-ya istinadən xəbər verir, iranlı deputat yaydığı müraciətdə iki qonşu ölkə arasında atəşkəsin bərpa edilməsindən və müharibənin başa çatmasından məmnunluğunu ifadə edib.

“Müsəlman Azərbaycan xalqını işğalçıların Azərbaycanın mühüm ərazilərindən çıxması münasibətilə təbrik edirəm. İlahi ənənələrə görə, işğal və zülm uğursuzluğa məhkumdur. Ali rəhbərin mövqeyinə görə, müəyyən edilmiş beynəlxalq sərhədləri müdafiə edirik. Sonda Dağlıq Qarabağın azadlığı uğrunda canından keçən şəhidlərə Allahdan rəhmət və onların dəyərli ailələrinə başsağlığı veririk”, – deyə deputat qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR