Təbriz metrosuna 4 stansiya əlavə olundu: Stansiyalardan biri İmam Hüseyn (ə) adlandırıldı

Təbriz metrosuna 4 stansiya əlavə olundu: Stansiyalardan biri  İmam Hüseyn (ə) adlandırıldı

Təbriz metrosunun birinci xəttinin təkmilləşdirilməsi istiqamətində cümə axşamı ölkə prezidentinin videokonfrans formatındakı göstərişilə onun dörd yeni stansiyası istifadəyə verilib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bu stansiyalar "Sərdare Melli", "İmam Hüseyn", "Şəhid Bakeri" və " Nur" adlandırılıb.

Onların tikinti, mülkiyyət və avadanlıq xərclərinin təmin edilməsi üçün dörd trilyard 740 milyard riyal məbləğində riyal krediti və səkkiz milyon 400 min avro məbləğində valyuta krediti xərclənib.

Dörd əsas və bir kənar xəttə şamil olan beş xəttdən ibarət Təbriz metrosunun uzunluğu yüz kilometrdir.

Hal-hazırda Təbriz metrosunun birinci xəttinin birinci və ikinci bloku istehlak edilir. “El Gölü” stansiyasından “Saat Meydanı” stansiyasınadək uzanan bu blokların uzunluğu bütövlükdə on bir kilometrdir.

İran prezidenti videokonfrans formatında keçirilən naviqasiya layihələrinin istifadəyə verilməsi mərasimində tarixi Təbriz şəhərinin inkişafı və abadlığını ölkə üçün olduqca önəmli adlandırıb. Bildirib ki, metro əhali üçün iri şəhərlərdə təmiz havanın qorunmasına kömək edən ədalətli ictimai nəqliyyat vasitələrindən biridir.

Xəbəri paylaş

VİDEOLAR