Təbriz konfransının iştirakçılarından Ermənistana sərt tələb

Təbriz konfransının iştirakçılarından Ermənistana sərt tələb

Təbriz Universiteti, Qafqaz və Orta Asiya Araşdırma Mərkəzinin konfransında bu məsələ müzakirə edilib

Rasthaber Azərbaycan İran mediasına istinadla xəbər verir, elmi konfransda sionist rejimin Qafqazdakı xəçəngvari nüfuzunun məqsəd və aspektləri araşdırılıb.

Konfrans Təbriz Universiteti, Qafqaz və Orta Asiya Araşdırma Mərkəzinin təşəbbüsü ilə keçirilib. Universitet müəllimləri və Qafqaz məsələləri üzrə mütəxəssislərin iştirakı ilə baş tutan konfransda sözügedən mərkəzin rəhbəri deyib: “Ermənistan dövlət adamlarının rəftarı bizi təəccübləndirir. Bu dövlət işğal edilmiş ərazilərdə səfirlik açmağa qərar verib.”

Təbriz Universitetinin  müəllimi Həbib Ağacani isə deyib: “Xalq kütləsini regionda baş verən hadisələr, habelə terrorçu, qarətçi və uşaq qatili olan İsrail rejiminin çirkin məqsədləri barədə məlumatlandırmaq zəruridir. Çünki sionist rejim dağılmaq üzrədir və batmaqda olan bir rejimlə münasibət qurmağa səy etmək qəflət və sadəlövhlüyün pik həddidir.”

Konfransın davamında Qafqaz məsələləri üzrə ekspert Asif Hacızadə çıxış edib. O deyib ki, İsrail rejimi və onun qərbli hamiləri liberal millətçilik kimi zəminələrdən istifadə etməklə Ermənistan hökumətinə nüfuz etməyə və ondan öz mədəniyyətlərini nüfuz etdirmək üçün bir vasitə kimi istifadə etməyə çalışırlar."

Xəbəri paylaş

VİDEOLAR