Tbilisidə koronavirusa görə uşaq bağçaları bu gündən bağlandı

Tbilisidə koronavirusa görə uşaq bağçaları bu gündən bağlandı

Tbilisidə bu gündən uşaq bağçaları müvəqqəti olaraq qapadılır

Rasthaber Azərbaycan xəbər verir ki, Tbilisi meri Kaxa Kaladzenin dünən verdiyi açıqlamaya görə, proses epidemioloji vəziyyət yaxşılaşanadək davam edəcək.

O qeyd edib ki, Tbilisidə uşaq bağçalarında tədris bərpa edilsə də, az müddət sonra 40-a yaxın uşaq bağçası bağlanıb.

“Mövcud epidemioloji vəziyyətlə bağlı olaraq, Təsisatlararası Şurada çoxlu müzakirələr oldu. Biz qərara gəldik ki, sabahdan uşaq bağçaları epidemioloji vəziyyət yaxşılaşanadək müvəqqəti tam qapadılsın“, – deyə o bildirib.

O bildirib ki, “biz uşaqlarımızın sağlamlığının qayğısına qalırıq“.

Xəbəri paylaş

VİDEOLAR