Tbilisidə hökümət binası qarşısında aksiya keçirilib
Rasthaber Azərbaycan 24News.ge-yə istinadən xəbər verir ki, aksiya iştirakçıları 15 yaşlı Luka Siradzenin xatirəsini anıblar.
Onlar 15 yaşlı yeniyetmənin mövcud olan sistemin qurbanı olduğunu və bu sistemin dəyişməsinin vacibliyini bildiriblər.
Etirazçılar həmçinin baş vermiş hadisə ilə əlaqədar Daxili İşlər Nazirinin isefasını və yeniyetmənin intiharının obyektiv araşdırılmasını tələb ediblər.
Aksiyanın sonunda etirazçılar simvolik olaraq sistemi iplərlə yazaraq onu yandırıblar.